AZ

Quttereş Azərbaycan və Ermənistan arasında sülh razılaşmalarından DANIŞDI

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan sülh razılaşmaları bütün dünya üçün müsbət hadisədir.

Bunu BMT-nin baş katibi Antonio Quttereş sentyabrın 23-də qurumun Baş Assambleyasının 80-cı sessiyasında çıxışı zamanı bildirib.

Baş katib dünyada davam edən silahlı münaqişələrə, o cümlədən zorakılığa və Qəzza zolağında ilhaq təhlükəsinə son qoymağa çağırıb.

"Hər yerdə - Haitidən Yəmənə, Myanmaya, Sahelə və onun hüdudlarından kənarda - biz beynəlxalq hüquqa əsaslanan sülh yolunu seçməliyik. Ötən il bizə ümid işartıları gətirdi: məsələn, Kamboca və Tailand arasında atəşkəs və ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saziş. Lakin çox sayda böhran nəzarətsiz qalır", - baş katib vurğulayıb.//Report

Seçilən
0
3
musavat.com

4Mənbələr