AZ

Sürücülərdə bu vərdişi qəza riskini 20 dəfə artırır

Sürət 70 km/saat olduqda sürücü yalnız bir mesaj oxumaq üçün yoldan gözünü çəkərsə, bu müddətdə avtomobil 90 metr məsafə qət edir. Araşdırmalara görə, sükan arxasında mesaj yazan və ya oxuyan şəxslərin qəza riski diqqəti yayınmayan sürücülərə nisbətən 20 dəfə çox olur.

Mütəxəssislər bildirirlər ki, diqqətin telefona yönəlməsi beyin fəaliyyətini yükləyir, nəticədə dəyişən yol şəraitinə reaksiya vermək qabiliyyəti zəifləyir. Bu hal xüsusilə yağışlı havada, gecə vaxtı və sıx nəqliyyat şəraitində daha təhlükəlidir.

Qanunvericilik sürücülərə yalnız dinamik, qulaqcıq və ya digər alternativ vasitələrlə danışmağa icazə verir. Təcili zəng zamanı dayanacaqda və ya yol kənarında saxlayaraq təhlükəsiz şəkildə əlaqə saxlasınlar.

Unutmayın, belə qayda pozuntusuna görə inzibati məsuliyyət nəzərdə tutulur. Amma ən əsası, sizin və digər yol iştirakçılarının təhlükəsizliyidir.

Xəbər 22 dəfə oxunub.
Seçilən
49
xezernews.az

1Mənbələr