AZ

​Baş Prokurorluqda 3 yeni təyinat

Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsinə müavin təyin olunub.Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Zamir Paşayev həmin idarənin rəis müavini vəzifəsinə təyinat alıb.Bunda başqa, Pərviz Əliyev də həmin idarənin böyük prokuroru təyin edilib.P. Əliyev bundan əvvəl daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Bundan başqa, Vahid Müzəffər oğlu Məmmədov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Seçilən
53
19
metbuat.az

10Mənbələr