AZ

Rusiya iki ay ərzində Polşaya hücum edəcək – Britaniyadan ŞOK İDDİA...


Britaniya mətbuatı Rusiyanın Polşaya hücum planlaşdırdığını iddia edib. “Express” nəşrinə danışan adının açıqlanmasını istəməyən yüksək rütbəli Rusiya rəsmisi Rusiyanın yeni ildən əvvəl Polşaya hücum etməyə hazırlaşdığını deyib.

Qeyd edilir ki, Moskvanın məqsədi NATO-nu çətinə salacaq, lakin birbaşa müharibə elan etməyə əsas verməyən təxribat törətməkdir. Kəşfiyyat mənbələri xəbərdarlığın istefada olan və hələ də Rusiyada xidmət edən briqada generalından gəldiyini bildirir.

Xatırladaq ki, hipersəs raketləri ilə təchiz edilmiş üç MiQ-31 qırıcı təyyarəsi bu yaxınlarda Estoniyanın hava məkanını pozub. Rusiya təyyarəsi Finlandiya körfəzi üzərində 12 dəqiqə uçduqdan sonra qarşısı alınıb.

Buna baxmayaraq, Rusiya rəsmisi isə daha çox Polşanın təhlükə altında ola biləcəyini deyib. Kremlin planlaşdırdığı hücumun məhdud, lakin məqsədyönlü bir hücum olacağını, NATO-nun reaksiyasını ölçmək və Avropada siyasi sabitliyi pozmaq məqsədi daşıyacağı bildirilir.

Son həftələrdə Polşaya 19 dronla hücum olub. Britaniya rəsmiləri bunu NATO ərazisinin ən ciddi şəkildə pozulması faktı adlandırıb. Rumıniyanın da hava məkanı dronlarla pozulub. Buna cavab olaraq, Böyük Britaniya Polşanın hava hücumundan müdafiəsini dəstəkləmək üçün RAF Typhoon təyyarələrini bölgəyə göndərib. Təyyarələr Fransa, Almaniya, Danimarka və İsveç qüvvələri ilə birlikdə şərq cinahında patrul uçuşları həyata keçirəcək.

Polşanın Baş naziri Donald Tusk ölkəsinin İkinci Dünya Müharibəsindən bəri ən yaxın hərbi təhlükə ilə üz-üzə olduğunu deyib.

Ekspertlər isə NATO-nun bu durum qarşısında müdafiəsiz olduğunu deyir. Henri Cekson Cəmiyyətindən Mikola Kuzmin, "Siz milyonlarla dollarlıq döyüş təyyarələri ilə bir neçə min dollarlıq pilotsuz təyyarələri vurursunuz. Bu dayanıqlı deyil və Rusiya da bunu görürür" deyə bildirib.

TAHİR

Seçilən
0
baki-xeber.com

1Mənbələr