AZ

SƏHV ƏMƏLİYYAT: Qadının sağlam böyrəyi ÇIXARILDI – FOTO

Buryatiyada səhv əməliyyat nəticəsində qadının sağlam böyrəyi çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Buryatiyada həkimlərin səhlənkarlığı nəticəsində qadına səhv əməliyyat edilib.

Cərrah sağlam böyrəyi çıxarıb və əməliyyatdan sonra uğurlu şişin götürülməsi barədə hesabat verib.

Məlum olub ki, səhv analizlərin qarışdırılması və xəstənin düzgün seçilməməsi səbəbindən baş verib.

Qadın ağır əməliyyatdan sonra böyrəyini itirib. Yerli Səhiyyə Nazirliyi hadisəyə görə üzr istəyib və bunu “negativ təcrübə” adlandırıb.

Hadisə ilə bağlı İstintaq Komitəsi cinayət işi açıb. Zərərçəkən qadın isə ya böyrək transplantasiyası, ya da maddi kompensasiya tələb edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
interpress.az

1Mənbələr