Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ukrayna hökuməti silahlı qüvvələrin yeni qolunu - kosmik qüvvələri yaratmağı planlaşdırır. Bəyan edilmiş niyyətlərə görə, yeni strukturun və onun hüquqi bazasının formalaşdırılması 2025-ci ilin sonuna qədər başa çatdırılmalıdır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu təşəbbüs ölkənin müdafiə qüvvələrinin bütün strukturunun yenidən qurulmasını tələb edəcək.
31 dekabr 2025-ci il tarixinədək silahlı qüvvələr tərkibində kosmik qüvvələrin tam fəaliyyət göstərməsi üçün zəruri olan təkcə hüquqi deyil, həm də təşkilati baza hazır olmalıdır. Proqramın sonrakı dövr üçün uğurla həyata keçirilməsi üçün meyar kimi konkret hədəf müəyyən edilib.
Beləliklə, 2026-cı ilə qədər Ukrayna Silahlı Qüvvələrinin kosmik komponentinin əməliyyat hazırlığı 60 faizə çatmalıdır.
Kosmik qüvvələrin yaradılması ölkənin müdafiə sektorunun modernləşdirilməsi və rəqəmsallaşdırılması üzrə daha geniş planın bir hissəsidir.
Bundan əlavə, Ukrayna Nazirlər Kabinetinin fəaliyyət planına elektron hərbi komissarlıq sisteminin tətbiqi, eləcə də hərbi həkim komissiyalarının tam rəqəmsallaşdırılması daxildir. Ukraynanın “Sudebno-Yuridiçeskaya qazeta” nəşrinin məlumatına görə, bu planlar Ukrayna hökumətinin rəsmi fəaliyyət proqramında öz əksini tapıb.
Əli Babayev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.