ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
“NATO və Qərb ölkələri ilə qarşıdurmanı alovlandıran Rusiya tərəfidir. Öncə Polşa və Rumıniya, sonra isə qırıcı təyyarələrlə Estoniyanın hava məkanına təcavüz olundu. Və bu təyyarələr sadəcə gəzmək üçün gəlməmişdi, silah daşıyırdılar. Bu, BMT Nizamnaməsinin kobud şəkildə pozulması idi və bu, əsas verirdi ki, NATO həmin təyyarələri zərərsizləşdirsin. Təəssüf ki, NATO-dan belə bir qətiyyətli addımı görmədik”.Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Onun sözlərinə görə, Rusiyadan buraxılan dronların qarşısını almaq üçün müasir avadanlıqların istehsalı və quraşdırılması, paralel olaraq Polşa ilə sərhədin möhkəmləndirilməsi və Baltikyanı ölkələrin müdafiəsi məsələləri ciddi müzakirə olunur:“Bəzi NATO ölkələri və Britaniya bu təcavüzlərin davam edəcəyi təqdirdə, dron və qırıcıların vurulacağını bəyan ediblər. Qarşıdurma ortadadır və bu, dolayısıyla üçüncü dünya müharibəsinin Rusiya tərəfindən həyata keçirilən hibrid formasıdır.Ola bilsin ki, 2025-2026-cı illərdə NATO və Rusiya arasında qarşıdurma olmasın, amma perspektivdə belə bir qarşıdurmanın olduğu açıq şəkildə hiss olunur. Rusiya və NATO buna hazırlaşır”.Politoloq əlavə edib ki, Qərbin parçalanması, NATO-dakı fikir ayrılıqları, ABŞ prezidentinin Rusiya ilə bağlı fiaskoya uğrayan siyasəti Putinə önə doğru daha bir addım atmaq imkanı verir:“Rusiyanın davranışları bundan qaynaqlanır. Çünki müəyyən bir əminlik var ki, hələlik kimsə onun qarşısına çıxmayacaq. ABŞ administrasiyasında bu məsələyə hələ də birmənalı yanaşma yoxdur. Bu məsələdə bilavasitə günahkar çevik hərəkət edə bilməyən NATO rəhbərliyi və Trampdır”.Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.