AZ

Oğlu qalib olmadı, atası etiraz etdi: “Onun rəqibi yoxdur”

“Barselona”nın futbolçusu Lamin Yamalın atası Munir Nasriu “Qızıl top”un PSJ-nin üzvü Usman Dembeleyə verilməsinə etiraz edib.

Sportinfo.az xəbər verir ki, o, “El Chiringuito TV”yə açıqlamasında mükafatın oğluna verilməli olduğunu bildirib:

“Bu bir insana vurulan mənəvi zərbədir. İnanıram ki, Lamin Yamal hazırda dünyanın ən yaxşı oyunçusudur.

Mənim oğlum olduğuna görə deyil, ən yaxşı olub mükafat ala bilmədiyinə görə etiraz edirəm. Yamalın rəqibi yoxdur. Seçimlər zamanı qəribə bir şeyin olduğunu deyə bilərik”.

Seçilən
6
sportinfo.az

1Mənbələr