AZ

Honq Konqda tayfun xəbərdarlığı 700 dən çox reys ləğv ediləcək

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Honq Konqun Meteorologiya Mərkəzi güclü “Raqasa” qasırğasının yaxınlaşması ilə əlaqədar xəbərdarlıq elan edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qasırğa ilə əlaqədar ucqar ərazilərin və ətraf adaların sakinlərinə dərhal geri dönüş səyahətlərinə başlamaq tövsiyə olunub. Bildirilib ki, bu axşamdan etibarən 700-dən çox uçuş ləğv ediləcək. Artıq Honq Konqun əsas daşıyıcısı “Cathay Pacific” 500 reysi, regional hava yolu şirkəti “HK Express” 100, “Hong Kong Airlines” 90 və “Great Bay Airlines” 23 reysini ləğv edəcəklərini açıqlayıb.

Bu gün və sabah şəhərdəki bütün uşaq bağçaları, ibtidai və orta məktəblər bağlanır.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
525.az

1Mənbələr