AZ

“Qələbə heç vaxt asan başa gəlmir” - “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Napoli” İtaliya A Seriyasının 4-cü turunda “Piza” üzərində 3:2 hesablı qələbə qazanıb. Bununla da, Neapol təmsilçisi mövsümə ardıcıl dörd qələbə ilə start verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Antonio Konte matçdan sonra qələbəni şərh edib:

“Qələbə heç vaxt asan başa gəlmir. Bu oyun da çətin idi və biz dörd tur ardıcıl qalib başladığımız üçün sevincliyik.

Ötən mövsümdəki uğurumuzdan sonra komandamızdan böyük gözləntilər var”.

“Napoli” bu nəticədən sonra 12 xal toplayaraq turnir cədvəlində lider mövqeyində qərarlaşıb və hələlik xal itkisi yaşamayan tək komanda olaraq qalır.

Komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Seçilən
5
sportinfo.az

1Mənbələr