AZ

"Fənərbağça" Talişka ilə yollarını ayırır -SON DURUM

“Fənərbağça” mövsümün sonunda ulduz futbolçu Anderson Talişka ilə yollarını ayırmağa qərar verib.

Fanat.Az xəbər verir ki, klub rəhbərliyi braziliyalı futbolçunun gələcəyi ilə bağlı artıq mövqeyini müəyyənləşdirib.

Bu barədə məlumatı "Sabah" nəşri yayıb.

Məlumata görə, Talişka üçün qış transfer pəncərəsində rəsmi təklif gələrsə, “sarı-lacivərdlilər” onun satışına dərhal razılıq verəcək. Əgər yanvarda futbolçuya maraq göstərən klub olmasa, o zaman 2026-ci ilin yayında başa çatacaq müqaviləsi yenilənməyəcək.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi ötən mövsüm "Əl Nəsr"dən transfer olunub. "Fənərbağça" forması ilə 32 matçda meydana çıxan ulduz 22 qol və 14 asistlə fərqlənib.

Kamil Xudiyev

Seçilən
4
2
fanat.az

3Mənbələr