AZ

Netanyahu İranı vuracaq: 14 gün qaldı – SENSASİON GƏLİŞMƏ

İranlıların fikrincə, oktyabrda İsrail Tehrana hücum əmri verəcək

İsrail oktyabrın 7-də, Həmasın hücumunun 2-ci ildönümündə İrana hücum edə bilər. Bu barədə İranda keçmiş hökumət rəsmisi və politoloq Əmir Dəbirimehr açıqlama verib.

İyunda İsrailin İrana hücumu ilə başlamış 12 günlük müharibədən sonra növbəti qarşıdurmanın olması ilə bağlı İran, İsrail və xarici ekspertlərin proqnozları olub. Avqust ayında İsrail ordusunun hərbi kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, polkovnik Cek Neira yaxın zamanda növbəti İran-İsrail toqquşması olması ilə bağlı xəbərdarlıq etmişdi.

İran tərəfdən də bir neçə dəfə İsraillə növbəti müharibə barədə xəbərdarlıq olub. Hətta İranın ali dini lideri Ayətullah Əli Xameneyinin əhaliyə hazırlıq görməklə bağlı çağırışı müharibə ehtimalı ilə əlaqələndirənlər oldu. Yenə avqust ayında İran ali dini liderinin müşaviri, general Yəhya Rəhim Səfəvi İsrail və İran arasında növbəti müharibənin hər an başlaya biləcəyini dedi.

Bütün bu açıqlamalar onu göstərir ki, İran və İsrail hər ikisi növbəti müharibəyə hazırlaşır. Qərb mediasında gedən iddialara görə, İsrail növbəti müharibə üçün ABŞ-dan razılıq almağa çalışır. ABŞ prezidenti isə hələlik – ən azı mediaya sızan məlumatlara görə – İsrailin İrana hücumuna razılıq vermir. Çünki yeni müharibə bir sıra risklər daşıyır. Növbəti İran-İsrail toqquşması daha uzunmüddətli və dağıdıcı ola bilər. Tramp isə uzunmüddətli müharibəyə razı deyil. Digər tərəfdən, sonuncu toqquşma göstərdi ki, hərbi müdaxilə İranın içəridən parçalanmasına xidmət etmir, əksinə, daxili ictimai rəy hakimiyyət ətrafında daha çox birləşir. Nəhayət, Yaxın Şərqdə yeni bir genişmiqyaslı müharibə Trampın sülh quruculuğu çağırışları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən də Trampın hələlik Netanyahunun müharibə istəyinə müsbət cavab vermədiyi iddia olunur.

Lakin İsrail və İrandan verilən açıqlamalar onu göstərir ki, hər iki ölkə ciddi şəkildə növbəti qarşıdurmaya hazırlaşır. İsraildə İranla müharibə ehtimalı bir neçə amillə əsaslandırılır. Birincisi, iyundakı müharibə İranın hərbi infrastrukturunu, xüsusən də raket potensialını tamamən sıradan çıxarmayıb. İran hələ də İsrailə zərbə vurmaq gücünü özündə saxlayır.

İkincisi, nüvə stansiyalarının və zənginləşdirilmiş uran ehtiyatlarının taleyi naməlumdur. Xarici işlər naziri uranın ABŞ bombardmanından sonra üzərinin örtüldüyü üçün torpaq altında qaldığını bildirir. Hökumət sözçüsü isə qapalı dərin bunkerdə gizlədildiyini deyir. Digər tərəfdən, İran hökuməti Avropa ölkələrinin qərarından və BMT sanksiyalarının bərpa olunacağından sonra MAQATE ilə əməkdaşlığı dayandıracağı ilə hədələyir və paralel olaraq Rusiya ilə yeni nüvə reaktorları inşa edilməsi müqaviləsi bağlayır.

Azərbaycanda

Üçüncüsü, müharibədən dərhal sonra İran sürətlə yeni silah və hərbi texnika almağa başlamaqla yeni hərbi qarşıdurmaya hazırlaşır. Yeri gəlmişkən, bir neçə gün əvvəl İran parlamentinin 70 deputatı Ali Milli Təhlükəsizlik Şurasına müraciət edərək nüvə silahı əldə olunması ilə bağlı çağırış edib. Həmçinin ictimai rəy sorğularının da nüvə silahı əldə olunmasını dəstəklədiyi bildirilir. Üstəlik, İran mediasında Tehranın yeni qitələrarası ballistik raket sınağı keçirilməsi görüntüləri yayılıb.

Yəni faktiki olaraq birinci hərbi əməliyyat ABŞ-ın da dəstəyinə baxmayaraq qarşıya qoyulan hədəfinə çatmayıb. Əksinə, İranla gərginlik və qarşıdurma riski daha da yüksəlib.

Buna görə də Netanyahu hökuməti İrana növbəti dəfə hava zərbələri endirmək əmri verə bilər. Üstəlik, hazırda Qərb və İran arasında nüvə mövzusunda fikir ayrılığının dərinləşdiyi bir vaxtda Qətərə hücumdan fərqli olaraq İrana hücum çox ciddi qınaqlara səbəb olmayacaq.

İsrailin

İsrailin İrana hücum tarixinin məhz oktyabrın 7-də, yəni 2023-cü ildə Həmasın İsrail ərazisinə qəfil hücumunun 2 ilinin tamam olduğu günə təyin olunması çox güman ki, İsrail hökumətinin Həmasın hücumuna diqqət çəkmək və bu hücumun arxasında İranın dayandığını göstərmək üçün seçilə bilər. Çünki ötən müddətdə İran tərəfi rəsmi təkzib etsə də, İsrailin baş naziri Benyamin Netanyahu 7 oktyabr hücumunun arxasında İranın dayandığını iddia edir.

Əlbəttə, hələlik bu iddianı yalnız iranlılar səsləndirir. Lakin hər iki tərəfdən gələn açıqlamalar və həmçinin müharibə hazırlıqları İran və İsrail arasında yeni müharibə ehtimalının yüksək olduğunu göstərir. Nə qədər qəribə də olsa, indi də müharibənin qarşısında əsas maneə ABŞ prezidentidir. ABŞ prezidenti isə hələlik İsrail baş nazirinin istəklərini çox zaman rədd etmir.

Musavat.com

Seçilən
23
1
editor.az

2Mənbələr