AZ

ATMU-nun əməkdaşlıq etdiyi xarici universitetlər - SİYAHI

Universitetlərin beynəlxalq əməkdaşlıq şəbəkəsi onların yalnız təhsil keyfiyyətini artırmır, həm də tələbələr üçün geniş imkanlar yaradır.

Dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq, tələbələrə ikili diplom proqramları, təcrübə imkanları, elmi layihələrdə iştirak və qlobal bilik mübadiləsi imkanı təqdim edir.

AzEdu.az əməkdaşlıq etdikləri xarici universitetlərlə bağlı ali təhsil müəssisələrinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) bildirilib ki, bir çox xarici universitetlərlə əməkdaşlıqlar mövcuddur.

Bolqarıstanla əməkdaşlıq çərçivəsində A. Tsenov Biznes Akademiyası, Beynəlxalq Biznes Məktəbi və D.A. Tsenov İqtisadiyyat Akademiyası ilə əlaqələr mövcuddur. Finlandiyada isə Kajaani Tətbiqi Elmlər Universiteti ilə əməkdaşlıq edilir. Gürcüstanda Qriqol Robakidze Universiteti ilə birgə layihələr həyata keçirilir.

İspaniyada Girona və Valladolid Universitetləri ilə, İtaliyada isə Cagliari, Chieti-Pescara (UDA) və Katania Universitetləri ilə əməkdaşlıq mövcuddur. Latviya tərəfdən Turiba Universiteti, Macarıstanda Debreçen Universiteti, Polşada Varşava Həyat Elmləri Universiteti ilə əməkdaşlıq həyata keçirilir.

Qazaxıstanda Almatı İqtisadiyyat və Statistika Akademiyası, Esil Universiteti, Turan Universiteti və Yessenov Universiteti ilə birgə layihələr aparılır. Rumıniyada İoan Kuza, Oradea və Transilvaniya Universitetləri ilə əməkdaşlıq mövcuddur. Rusiya tərəfdən Cənubi Federal Universitet və Rusiya Xalqlar Dostluğu Universiteti (RUDN) ilə əlaqələr davam edir.

Şimali Kipr Türk Respublikasında Final Beynəlxalq Universiteti ilə, Türkiyədə isə Balıkesir, Ege, Eskişehir Anadolu, Eskişehir Osmangazi, Hacettepe, Iğdır, İstanbul, Kafkas (Qars), Orta Doğu Texniki (ODTÜ) və Süleyman Demirel Universitetləri ilə əməkdaşlıq edilir. Özbəkistanda Fərqanə Dövlət Universiteti və İpək Yolu Universiteti ilə, Yunanıstanda isə Qərbi Attika Universiteti ilə əməkdaşlıqlar mövcuddur.

Seçilən
22
azedu.az

1Mənbələr