AZ

Maqintofonun səsini ucaldan sürücülər...

Bu gün Bakıda bəzi sürücülər idarə etdikləri avtomobillərdə   ictimai asayişi pozaraq maqintofonların səsini artırır, musiqilər ucadan səsləndirilir və bununla da cəmiyyətin və insanların böyük narahatlığına səbəb olur.

Təbii ki, bu cür qanun pozuntusuna görə , belə sürücülər barəsində İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə  tutulub. Heç şübhəsiz , belə hərəkətləri yol verən sürücülər gec- tez cərimə ediləcəklər.Bakının mərkəzi küçə və prospektlərində, eləcə də Yeni Günəşli qəsəbəsində belə sürücüləri hər an görmək olur. Xüsusilə də, gənclər belə xoşagəlməz hərəkətləri ilə  sanki " qəhrəmanlıq" edir, insanların hissləri, əsəbləri ilə oynayırlar.Əlbəttə, polis belə faktlar və hadisələrlə  rastlaşmamış deyil.

Ona görə də, sahə müvəkkilləri, post- patrul xidməti və Çevik Polis Alayının əməkdaşları  ictimai asayişi pozan belə sürücülərə qarşı sərt mövqe tutmalı, onları inzibati məsuliyyətə cəlb etməlidirlər. Aydındır ki, bu cür ciddi addımlar ictimai asayişi pozan sürücülərə bir dərs olar!

Emil Faiqoğlu

Seçilən
7
adalet.az

1Mənbələr