Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri Ağdamdakı mina hadisəsi ilə bağlı məlumat yayıb.
“Qafqazinfo”nun məlumatına görə, üç qurumun yaydığı birgə məlumatda bildirilir ki, bu gün Ağdam rayonunun Mirəşelli kəndi ərazisində 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.