AZ

Tramp Rusiyaya sərt xəbərdarlıq etdi

Rusiya Ukraynadakı münaqişənin həlli üçün sülh sazişi ilə razılaşmasa, Birləşmiş Ştatlar əhəmiyyətli tariflər tətbiq etməyə hazırdır, lakin bu tariflər yalnız Avropa ölkələrinin də qoşulacağı təqdirdə təsirli ola bilər.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxış edərkən deyib.

"Rusiya müharibəni bitirmək üçün razılığa gəlməyə hazır olmasa, Birləşmiş Ştatlar qan tökülməsini tez bir zamanda dayandıracağına güman etdiyi əhəmiyyətli tariflər tətbiq etməyə tam hazırdır. Lakin bu tədbirlərin effektiv olması üçün Avropa ölkələri də qoşulmalıdırlar", - deyə Ağ Ev rəhbəri bildirib.

Seçilən
19
3
axar.az

4Mənbələr