AZ

Ərdoğan BMT də sülhdən danışdı, İlham Əliyevi təbrik etdi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Müharibənin qalibi yoxdur, ədalətli sülhün də məğlubu yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib ki, “bundan sonra da bu şüarı əsas tutaraq ölkələr arasında sülhə nail olmaq üçün qətiyyətlə çalışacağıq”.

Azərbaycan və Ermənistan arasında münasibətlərə də toxunan Ərdoğan tərəfləri sülhə təşviq etməklərinə diqqət çəkib.

“Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan başda olmaqla, bu prosesə töhfə verən ABŞ Prezidenti Donald Trampı bir daha təbrik edirəm”, – Ərdoğan deyib.

Aysel Əliyeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
50
globalinfo.az

10Mənbələr