AZ

"Barselona"da ciddi İTKİ: 3 həftə oynamayacaq

İspaniya nəhəngi "Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes ciddi zədə alıb.

O, 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Klubun mətbuat xidməti məlumatına görə 22 yaşlı oyunçu  "Xetafe" ilə matçda zədələnib.

60-cı dəqiqədə meydana daxil olan futbolçu son saniyələrdə sol ayağında problem yaşayıb.

Bildirək ki, Fermin Lopes bu mövsüm klubunun  heyətində 5 matçda 2 qolla yadda qalıb. (Milli.Az)

Seçilən
16
2
musavat.com

3Mənbələr