AZ

Əfsanəvi kəşfiyyatçı “Xanı”dan geriyə qalan “Qarabağ” şikəstəsi - VİDEO

Xəbər verildiyi kimi, kəşfiyyatçı “Xanı” kimi tanınan Səyyaf Əhmədov Ağdamda minaya düşərək həlak olub. 

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə Səyyaf Əhmədovun “Qarabağ” şikəstəsini ifa etdiyi görüntü yayılıb.

Həmin videonu təqdim edirik:

Allah rəhmət eləsin! 

Xatırladaq ki, Gizir Xanı ləqəbi ilə tanınan əfsanəvi kəşfiyyatçı Əhmədov Səyyaf Fiqan oğlu 05 aprel 1971-ci ildə Ağdamın İsmayılbəyli kəndində anadan olub. 4 övladı var. 1992-ci ildə könüllü olaraq orduya qatılıb. Keçirdiyi döyüşlərdə 3 dəfə ağır yaralanıb. Dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. Heydər Əliyev tərəfindən iki medal alıb. Bunlardan biri vətən uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə, digəri isə hərbi xidmətdə fərqləndiyi üçün verilib. Bundan sonra Müdafiə Nazirliyi tərəfindən də 5 medala layiq görülüb.

Musavat.com

Seçilən
32
1
musavat.com

2Mənbələr