ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeoneyə qarşı intizam işi açıb.
Futbolpress.az xəbər verir ki, buna səbəb mütəxəssisin Çempionlar Liqasının I turunda “Liverpul”la keçirilən oyunda azarkeşlə mübahisəsi olub. Matçın sonlarında Simeone ingilis azarkeşə qarşı nalayiq jest göstərib və onunla sözlü qarşıdurmaya girib. Bu hərəkətinə görə o, qırmızı vərəqə alaraq ehtiyat oyunçular skamyasından kənarlaşdırılıb.
Sözügedən görüşdə “Liverpul” Madrid təmsilçisini 3:2 hesabı ilə məğlub edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.