AZ

Metyu MakKonaxi həyat yoldaşı ilə 13 illik evliliyinin sirrini açıb...

...“Oskar” mükafatlı aktyor Metyu MakKonaxi xoşbəxt evlilik üçün bəzi qeyri-adi məsləhətlər paylaşdı və onun fikrincə, hər şey düzgün yataqla bağlıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə People yazır.

55 yaşlı aktyor etiraf edib ki, kral ölçülü çarpayısından imtina etməsi on ildən artıqdır ki, evli olduğu həyat yoldaşı Kamila Alves ilə münasibətlərinin möhkəmlənməsinə kömək edib.

...Səhər yuxudan oyanardım və Kamila o biri tərəfdə, məsələn, futbol meydançasında olardı. O zaman anladım ki, kral çarpayısı evlilik üçün deyil. Biz onu daha kiçik çarpayıya dəyişdik, indi isə həmişə yaxınıq.

MakKonaxi qeyd edib ki, uşaqlı ailədə romantikanı unutmaq asandır, lakin bir-birinizə vaxt ayırmaq vacibdir. ...Övladlarınıza kişi və qadının bir-biri ilə necə davranması barədə nümunə göstərməlisiniz. Bu, onlara verə biləcəyiniz ən yaxşı dərslərdən biridir, - aktyor vurğulayıb.

Qeyd edək ki, Metyu model və sahibkar olan Kamila ilə 2006-cı ildə Los-Ancelesdəki gecə klubunda tanış olub. Aktyorun sözlərinə görə, o, onun xüsusi olduğunu dərhal anlayıb. Cütlük 6 ay sonra nişanlanıb və 2012-ci ildə evləniblər. Hazırda onların üç övladı var: 17 yaşlı Levi, 15 yaşlı Vida və 12 yaşlı Livinqston...

Nazlı Almuradova

Seçilən
7
1
sia.az

2Mənbələr