Fransa millisinin və "Barselona"nın sabiq müdafiəçisi Samuel Umtiti Usman Dembele haqqında maraqlı açıqlaması ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, Umtiti Dembelenin "Barselona"da işlərə məsuliyyətsiz yanaşdığını qeyd edib.
"Səhərlər Dembeleye zəng edib oyanıb-oyanmadığını, məşqin səhər saatlarında olduğunu bilib-bilmədiyini yoxlamaq məcburiyyətində idim. Məşqlərə 50 dəqiqə gec gəlmək onun üçün problem deyildi. Həqiqətən yaxşı futbolçudur, ancaq "Barselona"da oynadığının fərqində deyildi. PSJ-də isə işlər dəyişdi, özünü inkişaf etdirdi, sanki böyüdü"
Xatırladaq ki, Dembele və Umtiti 2017-ci ildən 2022-ci ilə qədər "Barselona"da komanda yoldaşı olublar.
Kamil Xudiyev