AZ

Novosibirskdə zoopark YANIR – VİDEO

Novosibirskdə zoopark yanır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, heyvanların qışqırıqları eşidilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsi üçün 30 yanğınsöndürən və 10 texnika çalışır.

Yanğın öküzlərin, keçilərin, cüyürlərin və sika marallarının məskunlaşdığı həyətlərə bitişik iki binanı bürüyüb.

Yanğın dəvə sahəsinə yaxınlaşır. Hadisə şahidlərinin sözlərinə görə, hazırda heyvanların xilas edilməsi istiqamətində işlər aparılır, yanğınsöndürənlər hadisə yerində işləyirlər.

İlkin məlumatlara görə, yanğın iki bloka yayılıb. Novosibirsk zooparkının yanan binalarından iki heyvan, bir öküz və bir dəvə xilas edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
5
interpress.az

1Mənbələr