AZ

9 il pensiya alan uşağın sosial müavinəti niyə dayandırılıb?VİDEO

9 yaşından 18 yaşına qədər pensiya alan şəxsin sosial müavinəti bir neçə ildir dayandırılıb.

Xezerxeber.az xəbər verir ki, belə bir vəziyyətlə 22 yaşlı paytaxt sakini Çiçək Hüseynova üzləşib. Gəncin nənəsi Tərlan Məmmədova deyir ki, nəvəsi illərdir ''addison'' xəstəliyindən əziyyət çəkir. Böyrəküstü vəzilərin kortizol və aldosteron kimi həyati əhəmiyyətli hormonları kifayət qədər ifraz edə bilmədiyi bu nadir xəstəlik, eyni zamanda da ciddi bir endokrin pozulmadır. Çiçəyin nənəsi deyir ki,  sağalmaz xəstəlik olduğu üçün ona 9 yaşından 150 manat sosial müavinət təyin edilib.

Tərlan Məmmədova deyir ki, nəvəsi, xroniki yorğunluq, əzələ zəifliyi, iştahasızlıq, arıqlama və dərinin tündləşməsi kimi simptomlar səbəbi ilə həkim nəzarətində saxlanır. Hətta buna görə, bir neçə dəfə xəstəxanada qalmaqla müalicə də alıb. Qadın indi aidiyyəti qurumdan tələb edir ki, sağalmaz xəstəliyi olan nəvəsinin pensiyasını yenindən bərpa etsinlər. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
5
xezerxeber.az

1Mənbələr