Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş Assambleyada çıxışı zamanı Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki silahlı qarşıdurma zamanı öz işçilərini qoruya bilmədiyini bildirib.
Redaktor.az xəbər verir ki, Ərdoğanın çıxışı BMT Baş Assambleyasının internet saytında yayımlanıb.
“BMT Qəzza zolağındakı öz işçilərini belə qoruya bilmədi”, - o, qeyd edib.
Türkiyə Prezidenti İsraili Qəzzada jurnalistlərə qarşı hücumlarda da ittiham edib.
Aminə ŞAHSUVARQIZI