AZ

"Real Betis" azarkeşləri Amrabatın transfer məbləğinin bir hissəsini ödəyəcəklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İspaniyanın "Real Betis" klubunun azarkeşləri rəhbərliyə təzyiq göstərərək, Sofyan Amrabatın transfer hüququnun alınmasını tələb edirlər.
Oxu.Az bu barədə "Gol Digital" nəşrinə istinadla xəbər verir.
Azarkeşlər hətta bu keçidin reallaşması üçün transfer haqqının bir hissəsinin ödənilməsinə dəstək olmaq məqsədilə kampaniya başlatmağı planlayırlar.
Mərakeşli oyunçu "Fənərbağça"dan İspaniya təmsilçisinə transfer edilmə hüququ ilə icarə əsasında keçib.
"Real Betis" azarkeşləri 29 yaşlı yarımmüdafiəçinin transfer məbləğinin onlar tərəfindən ödənməsi üçün kampaniyaya start verəcəklər.
Amrabatın transfer qiymətinin 10 milyon avrodan az olmayacağı bildirilir.
Seçilən
35
33
oxu.az

10Mənbələr