AZ

Gələn bütün təklifləri rədd edəcək - Premyer Liqa təmsilçisi

“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton böyük ehtimalla, qış transfer pəncərəsində klubunu tərk etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

London təmsilçisi yanvarda 21 yaşlı futbolçu üçün daxil olacaq bütün təklifləri rədd etməyi planlaşdırır. Ona ən çox maraq göstərən klublar arasında “Liverpul” və “Real” var.

Uorton bu mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Kristal Pelas”la hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Seçilən
0
sportinfo.az

1Mənbələr