AZ

Xameneidən gözlənilməz açıqlama: Belə bir şey olmayacaq

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranın nüvə silahına ehtiyacı yoxdur və bu istiqamətdə hər hansı addım atılmayacaq.

Globalinfo.az xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamenei bəyan ed. Xamenei çıxışı zamanı vurğulayıb ki, İslam Respublikasının müdafiə strategiyası nüvə silahına əsaslanmır:

“Bizim nüvə silahına ehtiyacımız yoxdur və belə bir planımız da yoxdur. Çünki həm dini baxımdan, həm də strateji baxımdan bu, ölkəmizə lazım deyil. Belə bir şeyin mümkün olacağını düşünmürəm”.

O, əlavə edib ki, İranın gücü və regional təsir imkanları ədalətli mövqe, milli iradə və elmi-texnoloji inkişaflardan qaynaqlanır.

Xamenei Qərb dövlətlərinin, xüsusilə ABŞ və müttəfiqlərinin İrana qarşı yönəlmiş ittihamlarını əsassız adlandırıb. Onun sözlərinə görə, Tehranın nüvə proqramı tamamilə sülh məqsədlərinə xidmət edir, o cümlədən enerji istehsalı və tibbi sahədə istifadəyə yönəlib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
globalinfo.az

1Mənbələr