AZ

Bakı-Sumqayıt yolunda təhlükə böyüyür: Aidiyyəti qurumlar hələ də susurlar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı-Sumqayıt yolunda vəziyyət təhlükəli hala çatıb. Yolun üç fərqli hissəsində ard-arda dərin çökmələr müşahidə olunur.
Oxu.Az APA TV-yə istinadla xəbər verir ki, sürücülərin sözlərinə görə, ərazidə heç bir xəbərdarlıq nişanı qoyulmayıb və bu, hər an faciəyə səbəb ola bilər.
Xatırladaq ki, iyun ayında "Baksol" yolunda kanalizasiya kollektorunun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlü həyatını itirib. Ekspertlər hesab edirlər ki, eyni məsuliyyətsizlik burada da təkrarlanır.
Əgər aidiyyəti qurumlar vaxtında tədbir görməsələr, bu qəzalar yaxın vaxtlarda ciddi faciə ilə nəticələnə bilər.
Ətraflı süjetdə:
Seçilən
13
oxu.az

1Mənbələr