AZ

Nəhəng hava limanlarının fəaliyyəti çökdü

Avropanın ən işlək hava limanlarını hədəf alan kiberhücumdan sonra şirkətlər fəaliyyətini bərpa etmək üçün səylərini davam etdirir.Metbuat.az xəbər verir ki, “Collins Aerospace”in bilet və digər sistemlərinə edilən hücumlar London, Berlin və Brüssel hava limanlarında böyük fasilələrə səbəb olub. Məlumata görə, Belçika davam edən problemlər səbəbindən uçuşların yarısı ləğv edilib. Bildirilir ki, Berlin və Hitrouda problemlər xeyli azalsa da, gecikmələr davam edir.

“Collins Aerospace”in məlumatına görə, fəaliyyəti təmin etmək üçün lazımi proqram təkmilləşdirmələri tamamlanmaq üzrədir.

Seçilən
40
1
metbuat.az

2Mənbələr