AZ

DİN dən məktəb direktoru ilə bağlı yayılan görüntülər barədə AÇIQLAMA

News24 saytından verilən məlumata görə, ain.az xəbər verir.

Lənkəran rayonu Zövlə kənd tam orta ümumtəhsil məktəbində direktorun şagirdi və xadiməni döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq DİN-nin Lənkəran regional qrupundan bildirilib.

Qeyd olunub ki, tərəflərin cari ilin mart ayının 14-də daxil olmuş müraciətləri əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılıb. 

Müvafiq ekspertizalar təyin edilib və digər prosessual hərəkətlər həyata keçirilib. Məhkəmə tibbi ekspertizasının rəyi, tərəflərin şikayət və tələbinin olmadığı nəzərə alınaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Aqil Qarayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
1
news24.az

2Mənbələr