“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Napoli” klubu cinah müdafiəçisi Matteo Politano ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı vingerin müqaviləsi 2028-ci ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, “Napoli” İtaliya millisinin üzvünü 2020-ci ilin əvvəlində “İnter”dən transfer edib. O, neapolluların heyətində indiyədək çıxış etdiyi 238 rəsmi matçda 34 qol və 35 məhsuldar ötürmə ilə yadda qalıb.
"Arsenal"da ciddi itki: İKİ AY YAŞIL MEYDANLARDAN KƏNAR QALACAQ
"Qarabağ"ın rəqibində yeni müqavilə
Fransanın liderliyi davam edir - Dembele altıncı oldu
“Barsa”da istənmədi, PSJ-də “Qızıl Top”u qazandı!
İlin ən yaxşı kollektivi açıqlandı - TARİXDƏ İLK DƏFƏ