Bir müddət əvvəl təmirə bağlanan “ASK Arena”da işlər dayanıb.
Bakıda “Barselona” məktəbinin yaradılması ilə bağlı planın tərkib hissəsi olan arenanın əsaslı təmir olunması üçün burada təmir-bərpa çalışmalarına start verilmişdi.
Məhz bu səbəbdən I Liqada mübarizə aparan “Şəfa”, eləcə də “Sabah”ən aşağı yaş qrupları Heydər Əliyev prospektindəki stadiondan uzaq düşmüşdü.
“Barselona” məktəbinin istifadəyə verilməsi Adnan Əhmədzadənin təşəbbüsü idi ki, maliyyə də bu şəxs tərəfindən ayrılırdı.
Lakin sentyabrın 20-də iş adamının həbs edilməsi bir çox layihələrin yarımçıq qalmasına səbəb olub.
Sentyabrın 22-də, yəni bazar ertəsi təmir işləri aparan işçi qüvvəsi “Şəfa”da gözə dəyməyib.
HƏBİB / SPORTİNFO.AZ