Toplumda ürək infarktı keçirənlərin çoxunun gecə saatlarında və ya səhərə yaxın vəziyyətinin pisləşdiyi müşahidə olunur.
E-saglam.az xəbər verir ki, bu barədə ürək xəstəlikləri üzrə mütəxəssis Dr. Nermina Alagiç öz müsahibəsində deyib. O bildirib ki, xüsusilə 03:00 – 07:00 saatları ürək infarktı üçün ən kritik vaxtlardır. Ən yüksək risk qrupu isə gecə növbəsində işləyənlər və fərqli zaman zonalarına səyahət edənlərdir.
Gecə saatlarında ürək problemlərinin səbəbi:
Kardiyoloq Dr. Alagiç qeyd edir ki, bu vəziyyət ilk baxışda təsadüfi görünə bilər, amma əslində bunun səbəbi bədənin biyoloji saatıdır (sirkadiyen ritm).
Bədənimiz sabaha yaxın vaxtlarda kortizol və katekolamin adlı hormonlar ifraz edir – bunlar adrenalinə bənzəyir. Bu hormonlar qan təzyiqini, ürək döyüntüsünü və qan laxtalanmasını artırır, damarları daraldır. Nəticədə, xüsusilə damar tıxanıqlığı problemi olan xəstələrdə bu saatlarda ürək infarktı riski yüksəlir.
Sirkadiyen ritmin pozulması ürək-damar sistemi üzərində çoxşaxəli mənfi təsirlərə səbəb ola bilər. Dr. Alagiç bildirir ki, gecə növbəsində işləyənlər və fərqli zaman zonalarına səyahət edənlər tez-tez yuxusuz qalır, düzensiz qidalanır və stres hormonları yüksəlir. Bədən saatının davamlı pozulması isə uzun müddətdə ürək xəstəlikləri riskini artırır.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az