AZ

Rusiyanın Zaporojjyaya kütləvi zərbəsi: həlak olanların və yaralananların sayı artıb

Sentyabrın 23-də Rusiyanın Zaporojye vilayətinə kütləvi hücumu nəticəsində ölənlərin sayı artıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna  Zaporojye vilayət dövlət administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, düşmənin hücumu nəticəsində 15 nəfər həkimə müraciət edib. Onlardan 6-sı müalicə alıb və xəstəxanaya yerləşdirilməkdən imtina edib.

"Gün ərzində düşmənin şəhərə endirdiyi zərbə nəticəsində ağır yaralanan 30 yaşlı kişi təəssüf ki, xəstəxanada dünyasını dəyişib. Rusiyanın Zaporojyeyə hücumu iki nəfərin həyatına son qoyub", - Fedorov yazıb.

QAZİLER.AZ

Seçilən
1
qaziler.az

1Mənbələr