"Turan Tovuz" mövsümdə ikinci məğlubiyyətini Masazırda aldı.
Bölgə klubu "Sabah"a 0:2 hesabla uduzdu.
Nəticə bir kənara, göstərilən oyun da azarkeşləri məmnun salmadı.
Əbəs deyil ki, qarşılaşmanın final fitindən sonra qonaq fanatlar futbolçuları olduqları tribunanın önünə çağırdılar.
Təbii ki, təşəkkür etməyə yox, öz narazılığını çatdırmağa.
Futbolçular isə qarşılığında üzrxahlıq etməklə yadda qaldılar.
XANOĞLAN / SPORTİNFO.AZ
Aşağıdakı linkə daxil olaraq başverənləri izləyə bilərsiniz: