“21.09.2020... Bu gün düz 5 il olar evdən çıxıb gedəni...Bu gedişinlə unudulmaz və qürurlu tarix yazdığını hər il daha çox anlayıram, amma sənsizliyin həsrəti, acısı, ürək yanğısı daha çox incidir...”
Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl döyüşlərdə, Xocavəndın azadlığı uğrunda tarix yazan, Şuşada gedən ağır vuruşların birində əbədiyyət dünyasına qovuşan, 29 noyabr 2020-ci il tarixində Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində böyük izdihamla yolunda can qoyduğu torpağa tapşırılan, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, Xocavəndin və Füzulinin azadlığı uğrunda medalları ilə təltif olunan, 2 qız atası, evin yeganə övladı, iki ali təhsilli zəfər şəhidi, baş leytenant Vüsal Kazımovun atası professor Kamran Kazımov.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü