Müəllif: Tamara Mustafayeva, Banco.az
“S&P” Global və Hamburq Ticarət Bankı (HCOB) Avrozonanın sentyabr ayına dair Satınalma Menecerləri İndeksi (PMI) ilkin göstəricilərini açıqlayıb.
Banco.azxəbər verir ki, məlumata görə, Avrozonada birləşmiş PMI indeksi sentyabrda 51-dən 51,2-yə yüksəlib. Bu, son 16 ayın ən yüksək səviyyəsi olub. Avqustda indeks 51 olmuşdu.
İndeksin 50-dən yuxarı olması artıma işarə edir.
Xidmət sektoru PMI indeksi 51,4-lə son 9 ayın zirvəsinə yüksəlsə də, istehsal sektoru ən zəif halqa olaraq yenidən hədd dəyəri olan 50-nin altına enib.
Region Prezident Donald Trampın 2025-ci ilin ilk yarısında tətbiq etdiyi gömrük tarifləri siyasətinə dair qeyri-müəyyənliklərdən təsirlənib. İlin əvvəlində artan tələbdən faydalansa da, bu tendensiyanın əksinə çevrilməsi Almaniyanı ikinci rübdə daralmaya aparıb.
Bizi sosial şəbəkələrdən izləyin!!