AZ

“Bunlar üst-üstə düşsə, o, bir gün “qızıl top”u mütləq qazanacaq”

PSJ-nin hücumçusu və “qızıl top”un son qalibi Osman Dembele “Barselona”nın gənc vingeri Lamin Yamal haqqında danışıb.

18 yaşlı Yamal “qızıl top”un səsverməsində ikinci yeri tutaraq, Dembeledən geri qalıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu, gənc oyunçunu yüksək qiymətləndirib:

“Biz Lamin Yamalın ötən mövsüm necə oynadığını gördük. O, qeyri-adi futbolçudur və böyük istedada sahibdir.

Bütün amillər üst-üstə düşsə, Yamal bir gün “qızıl top”u mütləq qazanacaq”.

Yamal yeni mövsümdə La Liqada artıq 3 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Seçilən
6
sportinfo.az

1Mənbələr