AZ

Tramp: Ukrayna bütün ərazisini geri qaytarmağa qadirdir

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə bütün ərazisini geri almağa, onu ilkin sərhədlərinə qaytarmağa qadirdir.

Oxu.Az xəbər verir ki, dövlət başçısı bunu "Truth Social" şəbəkəsində yazıb.

"Ukrayna və Rusiyanı əhatə edən hərbi və iqtisadi vəziyyəti dərindən öyrənərək, tam dərk edərək, bu vəziyyətin Rusiya üçün yaratdığı iqtisadi problemləri görərək inanıram ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə bütün ərazisini öz ilkin sərhədləri daxilində geri alaraq döyüşmək və qalib gəlmək iqtidarındadır.

Vaxt keçdikcə, Avropanın və xüsusilə NATO-nun səbri və maliyyə dəstəyi ilə bu müharibənin başladığı ilkin sərhədləri bərpa etmək çox real variantdır. Niyə olmasın?

Rusiya üç il yarımdır mənasız müharibə aparır. Bu, Rusiyaya yaxşı təsir göstərmir, əksinə, o getdikcə daha çox "kağız pələng" kimi görünür.

Putin və Rusiya ciddi iqtisadi çətinliklər içərisindədirlər və indi Ukraynanın hərəkətə keçmə vaxtıdır.

Biz NATO-nu silahla təmin etməyə davam edəcəyik ki, onlar bu silahlardan öz istədikləri kimi istifadə etsinlər", - Tramp qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
oxu.az

1Mənbələr