AZ

Əraziləri qaytaracağıq, hətta irəli də gedə bilərik Trampdan Rusiyaya göz dağı

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlardan sonra “TruthSocial” platformasında açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, Ukraynanın yalnız öz ərazilərini geri almağa deyil, hətta bundan da irəli getməyə hazır olduğunu bildirib.

“Ukrayna Aİ-nin dəstəyi ilə öz keçmiş sərhədləri daxilində döyüşmək və bütün ərazilərini geri almaq iqtidarındadır. Ukrayna öz ölkəsini əvvəlki vəziyyətinə qaytara biləcək və kim bilir, bəlkə də daha da irəli gedə biləcək”, – deyə Tramp vurğulayıb.

Prezidentin sözlərinə görə, Rusiya artıq üç ildən çoxdur müharibə aparır, lakin bu onun hərbi imicini zəiflədir.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
globalinfo.az

1Mənbələr