AZ

“Townhall” nəşri Azərbaycandan yazdı KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“ABŞ Mərkəzi Asiyada öz mövqelərini fəal şəkildə gücləndirir. Bu prosesdə Azərbaycan və Qazaxıstan əhəmiyyətli rol oynayır”. 

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Townhall” nəşri yazıb.

Məqalədə bildirilir ki, Azərbaycan Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirəcək, Rusiya, İran və Çin ərazilərindən keçən marşrutlara alternativ təklif edəcək “Trump Marşrutunun” (TRIPP) mühüm halqasıdır. Bu strateji yerləşmə Çin və Rusiyanın nüfuz dairəsində kənarda olan regionlarla əlaqələrini gücləndirmək istəyən ABŞ üçün Azərbaycanı vacib tərəfdaşa çevirir.

Bildirilir ki, Qazaxıstan və Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsi Mərkəzi Asiya regionu ölkələrinin Çin və Rusiyadan asılılığını azalda bilər, onlara daha çox iqtisadi suverenlik təmin edə bilər.

Bundan əlavə, dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstan enerji və nadir torpaq elementlərinin hasilatı sahəsində öz əlaqələrini gücləndirmək istəyən ABŞ üçün xüsusi maraq kəsb edir. Vaşinqton həmçinin TRIPP vasitəsilə sözügedən bölgələrlə nəqliyyat, infrastruktur və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirir.

Beləliklə, ABŞ Azərbaycan və Qazaxıstanla əməkdaşlıq vasitəsilə regionda öz mövcudluğunu gücləndirə, Çin layihələrinə alternativlər təklif edə, Mərkəzi Asiya və Cənubi Qafqazda müstəqil və qarşılıqlı sərfəli əlaqələrin inkişafını stimullaşdıra bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
2
konkret.az

3Mənbələr