1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yevlaxda traktorun altında qalan 4 yaşlı uşaq həlak olub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində baş verib.
Məlumata görə, traktorun sükanı arxasında azyaşlının atası - 1991-ci il təvəllüdlü Y.Zeynalov olub.
Ehtimal olunur ki, traktor hərəkətdə olan zaman sürücünün azyaşlı övladı anidən yola çıxıb və hadisə qaçılmaz olub.
Faktla bağlı araşdırma aparılır.