AZ

Didye Deşam: "Bu, Fransa üçün də uğurdur"

Fransa millisinin baş məşqçisi Didye Deşam "Pari Sen-Jermen" və Fransa millisinin hücumçusu Usman Dembelenin “Qızıl top”u qazanmasını şərh edib.

İdman.biz bildirir ki, Dembele Yamal, Mbappe və Rafinya kimi adları geridə qoyaraq "Qızıl top"a sahib olub.

"Onun adına çox şadam, o, bu mükafata layiqdir. Bu, Fransa futbolu üçün də böyük əməmiyyət kəsb edir, çünki o, bu ölkəni təmsil edir, milli komandada oynayır. Bu, həm də Fransa üçün uğurdur", - L'Équipe Deşamın sözlərindən sitat gətirib.

Ötən mövsüm Dembele “Pari Sen-Jermen” ilə Fransa çempionluğunu, Fransa Kubokunu, Fransa Super Kubokunu və Çempionlar Liqasını qazanıb. O, həmçinin parislilərin heyətində Klublararası Dünya Çempionatının finalına çıxıb.

İdman.biz

Seçilən
15
1
idman.biz

2Mənbələr