AZ

“Milan” və “İnter” San-Siro stadionunun yenidən qurulması layihəsini açıqladı

“Milan” və “İnter” klubları birgə açıqlama verərək, San-Siro stadionunun tam yenidən qurulması planları ilə bağlı məlumat paylaşıblar.

90deqiqe.Az xəbər verir ki, hər iki klub uzun müddətdir mövcud arenanın köhnəldiyini və modernləşdirilməyə ehtiyac olduğunu bildiririb.

Açıqlamada deyilir ki, klublar Foster + Partners və MANICA şirkətləri ilə əməkdaşlıq barədə razılığa gəliblər. Bu şirkətlər yeni San-Siro stadionunun tikintisi və layihələndirilməsinə cavabdeh olacaqlar.

“Əgər Milan şəhər şurası San-Siro stadionunun satışı barədə qərar verərsə, bu iki şirkət yeni Milan stadionunun layihələndirilməsini həyata keçirəcək”

Planlara görə, yeni stadion 71 500 azarkeşi qəbul edəcək və layihə 281 000 kvadratmetr ərazini əhatə edəcək.

Seçilən
16
90deqiqe.az

1Mənbələr