ain.az, Milli.az portalına istinadən məlumat verir.
Son günlər havaların qeyri-sabit keçməsi bazarlardakı qiymətlərə də təsir edib. Tərəvəz bolluğu yaşansa da, qiymətlər alıcıların ürəyincə deyil.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, satıcılar deyirlər ki, son 10 gündə bəzi məhsulların qiymətində 50 faizə yaxın bahalaşma var. Buna səbəb isə havaların qeyri-sabit keçməsidir.
Satıcıların sözlərinə görə, qiymət artımının başqa bir səbəbi isə turşu mövsümü ilə bağlıdır.
Tərəvəzlərdən kələm və bibərin qiymətində isə artım olmadığı bildirildi.
Son günlər qiymətlərdə artım olsa da, bazarda alıcılar kifayət qədərdir.
Satıcılar bildirirlər ki, bir müddət sonra qiymətlərin nisbətən enəcəyi gözlənilir.
Daha ətraflı videomaterialı təqdim edirik. Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.