AZ

Rusiya Amerikadan qorxur Zelenski

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Trampla əsas müzakirə mövzumuz sülhüm təmin edilməsi olub”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

“Prezident Trampla az öncə görüşdüm və biz necə sülhə nail ola biləcəyimiz barədə danışdıq. Bir neçə yaxşı ideya müzakirə etdik və onların işə yarayacağına ümid edirəm. Bu görüş üçün minnətdaram. Biz Amerikadan Rusiyanı sülhə məcbur edəcək addımlar gözləyirik. Moskva Amerikadan qorxur”.

Zelenski həmçinin bildirib ki, Çinin rolu həlledici ola bilər.

“Çin də buradadır, indi isə Rusiya tamamilə ona arxalanır. Əgər Çin bu müharibəni dayandırmaq istəsəydi, Moskvanı məcbur edə bilərdi. Çinsiz Putinin Rusiyası heç nədir. Amma çox vaxt Çin susur və kənarda dayanır”, – o qeyd edib.

Aysel Əliyeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
globalinfo.az

1Mənbələr