AZ

İngiltərə Liqa Kuboku: "Çelsi" və "Liverpul" növbəti mərhələdə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İngiltərə Liqa Kubokunda 1/16 final mərhələnin bir sıra görüşləri keçirilib.
Oxu.Az xəbər verir ki, "Çelsi" aşağı liqa təmsilçisi "Linkoln Siti"nin qonağı olub.
"Zadəganlar" hesabda geri düşsələr də, ardıcıl qollarla geridönüş etməyi bacarıblar - 1:2.
Turnirin son finalçısı "Liverpul" doğma azarkeşləri önündə "Sauthempton"u qəbul edib. Mersisayd komandası da rəqibinə eyni hesabla qalib gəlib - 2:1.
Beləliklə də, "Çelsi" və "Liverpul" yarışın növbəti mərhələsinə vəsiqə qazanıblar.
Xatırladaq ki, İngiltərə Liqa Kubokunun hazırkı sahibi "Nyukasl"dır.
Seçilən
32
25
oxu.az

10Mənbələr