AZ

Oralarda nə baş verdiyini kimsə bilmir Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

İnsan sivilizasiyası əsrlər boyu kainatı, təbiəti və Yer üzündəki hadisələri öyrənməyə çalışıb.

“Qafqazinfo” xəbər verir ki, elm inkişaf etsə də, hələ də izahını tapa bilmədiyimiz yerlər və fenomenlər mövcuddur.

Onlar həm turistlərin, həm də tədqiqatçıların diqqətini çəkir.

Atlantik okeanında yerləşən Bermud üçbucağı illərdir gəmi və təyyarələrin sirli şəkildə yoxa çıxması ilə məşhurdur. Bəzi nəzəriyyələr bunu güclü maqnit sahələri ilə əlaqələndirir, bəziləri isə fövqəltəbii qüvvələrdən danışır. Dəqiq izah isə hələ də yoxdur.

Perunun səhralarında min illər əvvəl yerə həkk olunmuş nəhəng xətlər quş, heyvan və həndəsi fiqurlar formasındadır. Onların kim tərəfindən və niyə çəkildiyi hələ də sirr olaraq qalır. Bu rəsmləri yalnız havadan aydın görmək olur.

Türkmənistanda yerləşən böyük qaz krateri artıq 50 ildən çoxdur ki, alovlanır. Yeraltı qaz sızmasının yanması nəticəsində yaranan bu alovlu krater gecələr uzaqdan “cəhənnəm qapısı”na bənzəyir. Alimlər dəfələrlə onu söndürməyə çalışsalar da, krater hələ də yanır.

Sibirin tayqa meşələrində yerləşən Patomskiy krateri nəhəng daş konusuna bənzəyir. Alimlər uzun illərdir onun mənşəyini araşdırır: meteorid, vulkan, yoxsa qədim partlayış nəticəsidir – dəqiq cavab yoxdur.

Fuji dağının ətəyində yerləşən Aokigahara meşəsi itkin meşə kimi tanınır. Kompaslar burada normal işləmir, dərin və sıx ağaclıqda istiqamət tapmaq çətindir. Bu meşə həm də dünyada ən çox insanın həlak olduğu yerlərdən biridir. Sirli atmosferi ilə həm elm adamlarını, həm də turistləri heyrətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
qafqazinfo.az

1Mənbələr