Transfer çalışmalarını davam etdirən "Difai" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, I Liqa təmsilçisi ilə yarımmüdafiəçi Emin Məcidzadə arasında 1 illik müqavilə imzalanıb.
21 yaşlı gənc "Sabah”ın akademiyasında yetişib. O, "Sabah-2" və "Araz-Naxçıvan"da çıxış edib.